FİFA Şurası DÇ-2026 üçün qitələrin kvota bölgüsünü təsdiqləyib

FİFA Şurası DÇ-2026 üçün qitələrin kvota bölgüsünü təsdiqləyib
01:22 10 May 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ FİFA Şurası 2026-cı il dünya çempionatı üçün qitələr üzrə kvota bölgüsünü təsdiqləyib. "Report"un məlumatına görə, həmin çempionatda ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq.
Kvotalar belə bölünüb:
Avropa - 16 yığma
Afrika - 9,5
Asiya - 8,5
Şimali və Mərkəzi Amerika - 6,5
Cənubi Amerika - 6,5
Okeaniya - 1,5
Seçmə mərhələnin yekununda "pley-off" sistemi üzrə qitələrarası matçlar keçiriləcək. Nəticədə mundialın son 2 iştirakçısı müəyyənləşəcək.
Qeyd edək ki, hələlik DÇ-2026-ya yalnız ABŞ, Kanada və Meksika birgə ərizə verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fi-fa-surasi-dc-2026-ucun-qitelerin-kvota-bolgusunu-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR