Meksikada silahlılar polisə hücum edib: ölənlər və yaralananlar var

Meksikada silahlılar polisə hücum edib: ölənlər və yaralananlar var
04:17 10 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Meksikanın şimalında silahlıların polisə hücumu nəticəsində 1-i polis olmaqla, 5 nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə yerli vaxtla saat 09:15-də, Reynos şəhərində qeydə alınıb. Naməlum şəxslərin avtomobildən polisə atəş açması nəticəsində daha 2 nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənlərdən üçünü zərərsizləşdirə bilib.
Qeyd edək ki, Reynos şəhərində həftənin əvvəllində iki düşmən cinayətkar qruplaşmasının silahlı toqquşması nəticəsində 12 nəfər həlak olmuşdu. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-silahlilar-polise-hucum-edib-olenler-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR