Diana Hacıyeva: “Finalda layiqli yer tutmaq üçün...”

Diana Hacıyeva: “Finalda layiqli yer tutmaq üçün...”
04:23 10 May 2017
141 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva finalda layiqli yer tutmaq üçün əlimdən gələni əsirgəməyəcəyini qeyd edib.

Publika.az xəbər verir ki, bu barədə o, apa-ya açıqlamasında bildirib: “Mən ölkəmizi “Eurovision-2017”-də təmsil etməkdən qürur hiss edirəm. Finala keçməyimdən çox şadam. Düşünürəm ki, hər şey olacağı kimi baş verib, çünki biz çox məşq etmişik və finala keçməyimizə əmin idik. Mən komandamla finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm. Ola bilsin hətta birinci yeri də tutdum. Hazırlaşın hər ehtimal üçün. Əziz dostlar, gəlin bir-birimizə dəstək olaq. Mən sizi çox sevirəm, dəstəyə görə hamınıza təşəkkür edirəm”, - deyə Diana Hacıyeva bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/198164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR