Sabiq futbolçu təqaüdçünün puluna göz dikən oğrunu zərərsizləşdirdi

Sabiq futbolçu təqaüdçünün puluna göz dikən oğrunu zərərsizləşdirdi
05:03 10 May 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Xorvatiya millisinin sabiq kapitanı, hazırda “Ayntraxt”da baş məşqçinin köməkçisi kimi işləyən Robert Kovaç Almaniyada oğurluq hadisəsinin qarşısını alıb.

Publika.az xəbər verir ki, 43 yaşlı Kovaç təqaüdçüdən 40 avro oğurlayıb qaçmağa çalışan oğrunu saxlayıb. Xorvatiyalı küçədə gəzərkən yaşlı kişinin yerə yıxıldığını və bir nəfərin ondan qaçdığını görüb. Sonradan məlum olub ki, təqaüdçü bankomatdan pul çıxardıb və 28 yaşlı cinayətkar onu izləyərək pulunu oğurlamaq istəyib.

Kovaç oğruya çataraq onu yerə yıxıb, daha sonra polislərə təhvil verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/198149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR