Bakıda qonşular arasında dava olub: xəsarət alan var

Bakıda qonşular arasında dava olub: xəsarət alan var
06:27 10 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Bakıda qonşu qonşunu bel ilə döyüb.
"Report"un xəbərinə görə, Xətai rayonunda qeydə alınıb.
Belə ki, hadisə "NZS" qəsəbəsi, Abbas Səhhət küçəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Dünyamalıyev İlqar İskəndər oğlu yaşadığı ünvanda qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu İ.Dünyamalıyevin baş nahiyəsinə bel ilə zərbə endirib. Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qonsular-arasinda-dava-olub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR