“Jiquli” “Shacman”la toqquşdu, sürücü öldü

“Jiquli” “Shacman”la toqquşdu, sürücü öldü
06:34 10 May 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda “VAZ” markalı minik avtomobil “Shacman” markalı yük maşını ilə toqquşub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Fərid Cavanşir oğlu Seyidovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR