Bərdədə yük maşını 47 yaşlı əlili vurdu - FOTOLAR

Bərdədə yük maşını 47 yaşlı əlili vurdu - FOTOLAR
06:48 10 May 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Belə ki, iki ayagından əlil olan 47 yaşlı Əliyarov Şahin Qürbət oğlu yol keçmək istəyərkən əslən Rusiya vətəndaşı olan 63 yaşlı Pənahov Sergey Pənah oglunun idarə etdiyi "KaMAZ" markalı yük maşını tərəfindən vurulub. Ağır bədən xəsarətləri almış piyada ətrafdakı insanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR