"Mənə cinayətkar kimi baxırlar"

"Mənə cinayətkar kimi baxırlar"
07:12 10 May 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

"Pescara"nın yarımmüdafiəçisi Salli Muntari A Seriyasının 34-cü turunda "Cagliari" ilə oyunda (0:1) rəqib azarkeşlərin irqçi şüarlarına dözməyərək meydanı tərk etmişdi. Bundan sonra İntizam Komitəsi onun sarı vərəqəsini və diskvalifikasiyasını ləğv etməmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi bunları deyib: "İrqçilik baş verdiyi hər dəfə meydanı tərk edəcəm. Bu baxıman vəziyyət getdikcə pisləşir. Sanki cəhənnəmdən keçmişəm. Mənə cinayətkar kimi baxırlar. Oyun zamanı meydanşı ona görə tərk etdim ki, mənə qarşı təhqirlərə dözə bilmirdim. Zorakı münasibətə məruz qalan heç kəs bu barədə danışmaqdan qorxmamalıdır. İnsan güclü varlıqdır, lazım bildiyi mövzuda danışmaq hüququna malikdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR