"Kənardan danışmaq həmişə asandır"

"Kənardan danışmaq həmişə asandır"
07:22 10 May 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

"Milan"ın sabiq futbolçusu Filippo İnzaqi məşqçilik işinin çətinliyindən söhbət açıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Venezia"nı çalışdıran gənc mütəxəsis "Rossoneri" haqqında danışmaqdan imtina edib. "Məşqçilər 30 nəfərdən ibarət komandanı idarə etməli olur. Amma işinin nəticəsini görüəndə özünü əla hiss edirsən. Bu, fantastik təcrübədir. Karyeramın gedişində çalışdığım mütəxəsislərdən çox şey öyrənmişəm. Amma başqalarının ideyasını kopyalamaq düzgün deyil. Mən həmkarlarımın yol verdiyi səhvləri təkrarlamamağa çalışıram. "Milan"? Bu, mənim işim deyil. Diqqətimi "Venezia"ya yönəltmişəm. Kənardan danışmaq həmişə asandır, hər kəs özünü mütəxəssis görür. "Milan" haqqında hansı fikirdə olduğumu bilirsiniz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR