Maqvala Berianidze: “Heydər Əliyev Gürcüstanın inkişafı üçün çox böyük işlər görüb”

Maqvala Berianidze: “Heydər Əliyev Gürcüstanın inkişafı üçün çox böyük işlər görüb”
07:22 10 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 10 may. REPORT.AZ/ “Heydər Əliyev Gürcüstanın inkişafı üçün çox böyük işlər görüb. Məhz onun uzaqgörən siyasəti nəticəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycan ilə yanaşı, Gürcüstanın və bütöv bir regionun inkişafının əsasını qoyub”.
Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində mühacirətdə olan Abxaziya Muxtar Respublikası Hökuməti başçısının müşaviri xanım Maqvala Berianidze söyləyib.
Ümummilli lider Heydər Əliyevlə ilk tanışlığının 1980-ci illərə, Bakı Ali Partiya Məktəbində oxuduğu dövrə təsadüf etdiyini vurğulayan siyasətçi deyib: “Sonralar Heydər Əliyevlə bir neçə dəfə görüşdük. Heydər Əliyev çox güclü yaddaşa malik dahi şəxsiyyət idi. Onun zəngin dövlətçilik təcrübəsi, gələcəyə nikbin baxışları, qüdrəti və parlaq zəkası nəticəsində Azərbaycan və Gürcüstan dünyada öz layiqli yerlərini tutdular. Gürcü xalqı Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacaq və onun adı daim qəlblərdə yaşayacaq”.
Maqvala Berianidze vurğulayıb ki, Azərbaycan ilə Gürcüstan daim regionda sülhün, tərəqqinin və inkişafın tərəfdarları olublar. Bu gün Azərbaycan-Gürcüstan dostluğu təkcə Cənubi Qafqazda deyil, bütün dünyada nümunədir.




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/maqvala-berianidze-heyder-eliyev-gurcustanin-inkisafi-ucun-cox-boyuk-isler-gorub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR