Futbol üzrə Çempionlar Liqasının digər finalçısı müəyyənləşəcək

Futbol üzrə Çempionlar Liqasının digər finalçısı müəyyənləşəcək
07:32 10 May 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının digər finalçısı müəyyənləşəcək.
"Report"un məlumatına görə, həlledici görüşdə İtaliyanın "Yuventus" klubuna rəqib olacaq komandanın adına "Visente Kalderon" stadionunda baş tutacaq matçda aydınlıq gələcək.

Ötən mövsüm qitənin ən nüfuzlu klub turnirinin finalında "Atletiko"nu məğlub edən "Real Madrid" rəqibini bu dəfə yarımfinalda üstələməyə yaxındır. İlk görüşdə həmşəhərlilərini 3 cavabsız qolla məğlub edən "kral klubu" tapşırığın öhdəsindən böyük ölçüdə gəlib.

Qeyd edək ki, final matçı iyunun 3-də Uelsin paytaxtı Kardiffdə yerləşən "Millenium” stadionunda keçiriləcək.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
22:45. "Atletiko" (İspaniya) - "Real Madrid" (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Madrid. "Visente Kalderon" stadionu
İlk oyun - 0:3

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-futbol-uzre-cempionlar-liqasinin-diger-finalcisi-mueyyenlesecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR