Bakıda sərnişin avtobusda bıçaqlanıb

Bakıda sərnişin avtobusda bıçaqlanıb
07:47 10 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Bakıda sərnişin avtobusda əyləşmək istədiyi yer üstündə mübahisə edərkən bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1990-ci il təvəllüdlü Məmmədov Elvin Məhəmməd oğlu 199 saylı marşut avtobusunda əyləşmək üstündə tanımadığı sərnişinlə mübahisə edib. E.Məmmədov mübahisə zamanı sağrı nahiyəsindən iki bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-sernisin-avtobusda-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR