Aralıq dənizində 245 qaçqın itkin düşüb

Aralıq dənizində 245 qaçqın itkin düşüb
08:22 10 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Aralıq dənizində iki gəminin qəzaya uğraması nəticəsində 245 qaçqın itkin düşüb və ya həlak olub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin qaçqınların işləri üzrə Ali komissarı İdarəsinin rəsmi nümayəndəsi Sesil Puyi bildirib.
O, qeyd edib ki, yalnız 50 nəfər xilas edilib. Sesil Puyinin sözlərinə görə, ilin əvvəlindən Aralıq dənizində 1300-dən çox qaçqın Avropaya keçməyə cəhd göstərərkən həlak olub.
Mayın 5-də Aralıq dənizində qaçqınların olduği gəmi batıb. Qəza nəticəsində 82 nəfər itkin düşüb, xilas edilmiş 50 nəfər Siciliyaya çatdırılıb.
Mayın 7-də göyərtəsində isə 170 nəfərin olduğu daha bir gəmi Liviya sahillərində batıb. Nəticədə 163 nəfər itkin düşüb. Yalnız 7 qaçqın xilas edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/araliq-denizinde-245-qacqin-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR