"Çox istərdim ki, Çempionlar Liqasını "Yuventus" qazansın"

"Çox istərdim ki, Çempionlar Liqasını "Yuventus" qazansın"
08:42 10 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bolqarıstan futbolunun canlı əfsanəsi Xristo Stoiçkov Çempionlar Liqası haqda danışıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötənlərin məşhur hücumçusu ÇL-i "Yuventus"un qazanmasını istəyir:

"Çox istərdim ki, Çempionlar Liqasını "Yuventus" qazansın. Başqa nəticəni təsəvvür belə edə bilmirəm".

Stoiçkov sabah ÇL-də baş tutacaq "Atletiko" - "Real" qarşıdurmasından da söz açıb:  

"O ki qaldı Madrid derbisinə, həyatda hər şey mümkündür. "Barselona" ilk görüşdə PSJ-yə 0:4 hesabı ilə uduzduqdan sonra insanların 99,9 faizi cütün taleyinin həll olunduğunu düşünürdülər. Lakin möcüzə baş verdi. 

"Real" ilk oyundan sonra böyük üstünlük qazanıb. Bununla belə, "Atletiko"nu hesabdan silmək olmaz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR