Bakıda iki avtomobil toqquşub - VİDEO

Bakıda iki avtomobil toqquşub - VİDEO
08:42 10 May 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda, H.Əliyev və K.Rəhimov küçələrinin kəsişməsində yol qəzası baş verib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza zamanı "Toyota" və "Hyundai" markalı minik maşınları toqquşub. Əraziyə YPX müfəttişləri cəlb olunub və ilkin məlumatda bildirilib ki, hadisə avtomobillərin sürücülərinin bir-birinə yol verməməsi səbəbindən baş verib.

Belə ki, "Toyota" markalı avtomobil K.Rəhimov, "Hyundai" markalı avtomobil isə H.Əliyev küçəsi ilə hərəkətdə olub və anlaşılmazlıq nəticəsində yol ayrıcında minik maşınları toqquşub.
 
Xəsarətsiz ötüşən avtoqəzanın səbəbləri araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda iki avtomobil toqquşub


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/543161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR