Milli Nüvə Tədqiqatları Mərkəzinin zərəri 22% artıb

Milli Nüvə Tədqiqatları Mərkəzinin zərəri 22% artıb
09:02 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,194 mln. manat təşkil edib.
“Report” şirkətin Mərkəzin hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 8,7% azdır.
Ötən il müəssisənin uzunmüddətli aktivləri 9% azalaraq 7,097 mln. manat, cari aktivlər isə təxminən 20% artaraq 97 min manat olub.
Hesabat dövründə “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin cəmi öhdəlikləri 33,3% azalaraq 24 min manata, cəmi kapitalı isə 8,6% azalaraq 7,17 mln. manata düşüb.
2016-cı ildə Mərkəzin gəlirləri 9 min manat (2015-ci ilə nisbətən 6,7% az), xidmətlərinin maya dəyəri 104 min manat (9,7% çox), ümumi və inzibati xərcləri isə 1,596 mln. manat (23,2% çox) təşkil edib. Son nəticədə ötən il qurumun zərəri 1,69 mln. manat olub. Bu isə əvvəlki illə müqayisədə 22,5% çoxdur.
Xatırladaq ki, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 mln. manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/milli-nuve-tedqiqatlari-merkezinin-zereri-22-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR