Milli Nüvə Tədqiqatları Mərkəzinin zərəri 3 mln. manatı ötüb

Milli Nüvə Tədqiqatları Mərkəzinin zərəri 3 mln. manatı ötüb
09:12 10 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin aktivləri 31 dekabr 2016-cı il tarixinə 8,75% və ya 687,961 min manat azalaraq 7 mln. 193,964 min manat təşkil edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, belə bir qənaətə QSC-nin 2016-cı il üçün maliyyə hesabatını təhlil edərkən gəlmək mümkündür. Hesabat "PricewaterhouseCoopers Audit Azerbaijan" MMC tərəfindən aparılıb.
 
Aktivlərin 7 mln. 96,707 min manatı uzunmüddətli, 97,257 min manatı isə qısamüddətlidir.
 
QSC-nin öhdəlikləri ötən ilin sonuna 23,916 min manat olub ki, bu da 2015-ci illə müqayisədə 34,30% və ya 12,487 min manat azalmadan xəbər verir. Öhdəliklərin hamısı kreditor borcların payına düşür.
 
Milli Nüvə Tədqiqatları Mərkəzinin nizamnamə kapitalı il ərzində dəyişməyərək 3 mln. manat səviyyəsində qalıb. Hesabat dövründə QSC-nin məcmu kapitalı 8,61% və ya 675,474 min manat azalaraq 7 mln. 170,048 min manata enib.
 
2016-cı il ərzində Mərkəzin ümumi və inzibati xərcləri 1 mln. 595,785 min manat təşkil edib. İl ərzində QSC-nin məcmu zərəri (eyni zamanda əməliyyat zərəri) 1 mln. 690,474 min manat təşkil etdiyi halda, yığılmış zərər 3 mln. 106,371 min manata çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR