FİFA prezidenti: "Ağılsızlar hər yerdə var"

FİFA prezidenti: "Ağılsızlar hər yerdə var"
09:17 10 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

FİFA prezidenti Canni İnfantino "Peskara"nın yarımmüdafiəçisi Salli Muntarinin "Kalyari" ilə matçda irqçiliyə məruz qalmasına münasibət bildirib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İnfantino tezliklə təhqir olunan futbolçu ilə görüşəcəyini söyləyib: 

"Bu cür hallarda 3 mümkün variant var: oyunu dayandırmaq, stadionda elan vermək və qarşılaşmanı müəyyən müddətə saxlayaraq oyunçuları meydandan çıxarmaq. 

Təəssüf ki, ağılsızlar hər yerdə var. Biz bu cür hallara qarşı mübarizə aparmalıyıq. Bu məsələ ilə bağlı həm İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio, həm də Muntarinin özü ilə danışacağam". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR