Yaşlı kişi sahibsiz itlərin hücumuna məruz qaldı

Yaşlı kişi sahibsiz itlərin hücumuna məruz qaldı
09:22 10 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakəndə işə gedən 77 yaşlı fəhləni sahibsiz itlər dişləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 06:30 radələrində Balakən rayonu Qazbinə kənd sakini, 1940-cı il təvəllüdlü Tahir Seyfəddin oğlu Şahquliyev küçədə sahibsiz itlərin hücumuna məruz qalıb. Sol ayağın baldır nahiyəsinin bir neçə yerindən it dişləməsi xəsarəti alan Tahir Şahquliyev yaxınlıqdakı şəxslərin köməyi ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
 
Balakən MRX-dan sayta bildirilib ki, Tahir Şahquliyevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR