77 yaşlı kişini it dişlədi

77 yaşlı kişini it dişlədi
09:33 10 May 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakəndə işə gedən 77 yaşlı fəhləni sahibsiz itlər dişləyib.

Bu gün saat 06:30 radələrində Balakən rayonu Qazbinə kənd sakini, 1940-cı il təvəllüdlü Tahir Seyfəddin oğlu Şahquliyev küçədə sahibsiz itlərin hücumuna məruz qalıb. Sol ayağının baldır nahiyəsinin bir neçə yerindən it dişləməsi xəsarəti alan Tahir Şahquliyev yaxınlıqdakı şəxslərin köməyi ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Balakən MRX-dan bildirilib ki, Tahir Şahquliyevə lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR