77 yaşlı fəhləni sahibsiz itlər dişləyib

77 yaşlı fəhləni sahibsiz itlər dişləyib
09:39 10 May 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Balakəndə işə gedən 77 yaşlı fəhləni sahibsiz itlər dişləyib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 06:30 radələrində Balakən rayonu Qazbinə kənd sakini, 1940-cı il təvəllüdlü Tahir Seyfəddin oğlu Şahquliyev küçədə sahibsiz itlərin hücumuna məruz qalıb. Sol ayağın baldır nahiyəsinin bir neçə yerindən it dişləməsi xəsarəti alan Tahir Şahquliyev yaxınlıqdakı şəxslərin köməyi ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
 

Balakən MRX-dan APA-ya bildirilib ki, Tahir Şahquliyevə lazımı tibbi yardım göstərilib. O, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274248

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR