Azərbaycan FİTUR beynəlxalq turizm sərgisində iştirak edəcək

21:32 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 21:28 ]

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan FİTUR beynəlxalq turizm sərgisində iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, yanvarın 28-dən fevralın 1-dək Madriddə keçiriləcək sərginin 35 illiyi çərçivəsində Dünya Turizm Təşkilatının (DTT) silsilə tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

 

Sərginin birinci günündə DTT-nin XI “Mükəmməllik və yenilik” mükafatının təqdimat mərasimi olacaq.

 

Nazirlikdən bildiriblər ki, Azərbaycan FİTUR beynəlxalq turizm sərgisində geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq. Tədbirdə Azərbaycan haqqında ingilis və ispan dillərində hazırlanmış reklam çap məhsulları ziyarətçilərə təqdim ediləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR