“Diriliş Ertuğrul”-un aktyorları Ərdoğanın təyyarəsində uçdu – FOTOLAR

“Diriliş Ertuğrul”-un aktyorları Ərdoğanın təyyarəsində uçdu – FOTOLAR
09:58 10 May 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytə rəsmi səfəri zamanı “Diriliş Ertuğrul” serialının heyətini də özü ilə aparıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səfər zamanı Ərdoğan təyyarəsində “Diriliş Ertuğrul” serialının heyət üzvləri və tanınmış aktyorlarla söhbət edib, tarixi filmlə bağlı onlara bir sıra məsləhətlər verib.

Hətta, Ərdoğanın Küveytdə keçirdiyi bir sıra rəsmi görüşlərdə serialın heyət üzvləri də iştirak edib, xatirə fotoları çəkdirib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR