2045: İstanbul üçün qorxulu zəlzələ proqnozu

"Son 2600 il ərzində İstanbulda 16 güclü zəlzələ baş verib. Hazırda 17-ci zəlzələ gözlənilir".

Metbuat.az xəbər verir ki, bunu İstanbul Texniki Universitetinin professoru, geofizik Övgün Əhmət Ercan bildirib. O qeyd edib ki, zəlzələlər gözlənilən tarixdən heç vaxt əvvəl və ya sonra olmayıb:

"İstanbulda gözlənilən 17-ci böyük zəlzələyə gəlincə, bunun 2045-2225-ci illər arasında baş verəcəyi dəqiqdir. Təqriban 6,4-7 bal gücündə olacaq zəlzələ Mərmərənin şimalı və Böyüçəkməcəni əhatə edəcək".

Geofizik əlavə edib ki, əgər indidən tədbirlər görləməsəŞ zəlzələ böyük dağıntıya səbəb ola bilər. Nəticədə minlərlə insan həyatını itirəcək.

Oral Mədənçi / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR