FTX-nin müvəqqəti rəhbəri istefaya göndərilmiş Ceyms Kominin müavini olub

FTX-nin müvəqqəti rəhbəri istefaya göndərilmiş Ceyms Kominin müavini olub
10:12 10 May 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Federal Təhqiqat Bürosunun rəhbəri Ceyms Kominin istefaya gönədərilməsindən sonra Büroya müvəqqəti olaraq onun müavini Endryu Makkeyb rəhbərlik edəcək.
"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Ceff Seşnsın məktubunda deyilir.
NBC telekanalının məılumatına görə, ABŞ prezidenti Donald Tramp C.Kominin istefasından qısa müddət sonra E.Makkeyb ilə görüşüb.
Qeyd edək ki, D.Tramp C.Komini baş prokurorun - ədliyyə naziri Ceff Seşnsın tövsiyəsi ilə işdən azad edib. Prezident Kominin Büroya səmərəli rəhbərlik edə bilmədiyini söyləyib.
Prezidentin müvafiq sərəncamı barədə xəbəri FTX direktoru Los-Ancelesdə qurumun əməkdaşları qarşısında çıxışı alıb. O, teleekranda "qaçan sətirdə" təcili xəbəri görüncə bunu olduqca yaxşı oyun, zarafat kimi dəyərləndirib. Ancaq direktoru müşayiət edənlər onun çıxışını dayandırmasını və kabinetə getməli olduğunu qeyd ediblər. Elə orada ona istefası barədə məlumat çatdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ftx-nin-muveqqeti-rehberi-istefaya-gonderilmis-ceyms-kominin-muavini-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR