"İnter"in futbolçusu 2 oyunluq cəzalandı

"İnter"in futbolçusu 2 oyunluq cəzalandı
10:12 10 May 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya "A" seriyasının son turunda "Cenoa" ilə görüşdə qırmızı vərəqə alan "İnter"in yarımmüdafiəçisi Joffrey Kondoqbianın cəzası məlum olub. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransız futbolçuy 2 oyunluq cəzalanıb. 

Matçın gedişində baş hakim Antonio Damatenin qərarı ilə razılaşmayan Kondoqbia meydanı tərk edərkən referinin ünvanına qeyri-etik ifadələr işlədib.

Bununla da Jeffrey Kondoqbia "Sassuolo" və "Latsio" ilə görüşdə komandasına kömək edə bilməyəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR