300-dən çox uşaq oğurluğu, 100-dən çox ölüm işi... Dəhşətli qatilin HEKAYƏSİ - FOTO

300-dən çox uşaq oğurluğu, 100-dən çox ölüm işi... Dəhşətli qatilin HEKAYƏSİ - FOTO
10:17 10 May 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

"Andes canavarı" ləqəbi ilə tanınan Pedro Lopez törətdiyi dəhşətli cinayətlərlə adını qara hərflərlə tarixə yazıdırıb.

Milli.Az bizimyol-a istinadən xəbər verir ki, onun 1970-ci illərdə Kolumbiya, Peru və Ekvador ölkələrində 300-dən çox uşağı qaçıraraq istismara məruz qoyduğu bildirilir. Lakin bu cinayətlərin qarşılığında ona çox az müddətdə cəza kəsilib.

Pedro Alonso Lopez 1949-cu ildə Kolumbiyada doğulub. Anası əxlaqsızlıq yuvasında işləyib. Pedro özü ilə birgə ailədə 14 uşaq olublar. Alonso 8 yaşlı bacısına təcavüz etdiyinə görə, anası onu küçəyə atıb. Küçəyə atıldıqdan sonra naməlum şəxs tərəfindən istismara məruz qaldığı bildirilir.

Alonso Lopez 18 yaşında maşın oğurluğunda təqsirli bilinərək həbs edilib və orada 4 məhkum tərəfindən təcavüzə uğrayıb. Təcavüzə uğrayan Pedro onlardan 3-nü öldürüb. O, 2 il müddətinə azadlıqdan məhrum edilir və həbsdən çıxdıqdan sonra yenidən başqa insanların qətlə yetirməyə davam edir.

Alonsonun 1978-ci ildə 100-dən çox perulu qızın ölümünə səbəb olduğu bildirilir. Bu iddialar sübuta yetirilməsə də, Peruda hindu qəbilələrinin birində 9 yaşlı qızı oğurlamaq istəyərkən yerli sakinlər onu tutub və diri-diri yandırmaq istəyib. Lakin amerikalı missionerin müdaxiləsilə Pedro aidiyyəti üzrə təhvil verilib. Peru hökuməti onu həbs etmək əvəzinə, Ekvadora sürgün edib.

Ekvadorda 1980-cı ildə sel daşqınlarından sonra Pedronun 53 nəfərin qətlə yetirərək basdırdığı məlum olub. Törətdiyi cinayətləri - 100 dən çox gənc qızı öldürdüyünü etiraf etməsinə baxmayaraq polislər heç bir dəlil və sübut tapa bilməyib.

1983-cü ilə Ekvadorda 110 qadının ölümündə günahlandırılan qatil, Peru və Kolumbiyada 240 itmiş uşağın qətlində təqsirli bilinib. Yenidən cinayət işləyəcəyinə and içməsinə rəğmən Pedro Ekvador hökuməti tərəfindən sərbəst buraxılaraq 1998-ci ildə Kolumbiyaya sürgün edilib. Orada isə həbs cəzası almayıb və səərbəst buraxılıb.

Qətlə yetirdiyi şəxslərin yaxınları onu tapana 250 min dollar mükafar verəcəklərini bildiriliblər.

Pedro Alonso Lopezin hazırda sağ olub-olmaması və harada gizlənməsi barədə indiyə qədər dəqiq məlumatın verilmədiyi qeyd edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR