Cənubi Koreyanın yeni prezidenti yeni baş nazir təyin edib

Cənubi Koreyanın yeni prezidenti yeni baş nazir təyin edib
10:22 10 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Cənubi Koreyanın yeni prezidenti Mun Çje İn Çolla-Namdo əyalətinin keçmiş qubernatoru Li Nak Yonu ölkənin baş naziri təyin edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident Adminstrasiyası məlumat yaylb.
İnformasiyaya əsasən, Mun Çje İn Milli Kəşfiyyat Xidməti, Silahlı Qüvvələrin Baş Qərargahı və Prezidentin Mühafizə Xidmətinə də yeni başçılar təyin edəcək.
Qeyd edək ki, Mun Cje İn mayın 9-da keçirilən növbədənkənar prezident seçkisində 41,1 faiz səs toplayaraq, qalib gəlib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenubi-koreyanin-yeni-prezidenti-yeni-bas-nazir-teyin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR