Əlcəzair yığması Pakistanı darmadağın etdi

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları davam edir.

Metbuat.azın məlumatına görə, kişilər arasında qrup oyunlarının II turu çərçivəsində “A” qrupunda Əlcəzair Pakistan komandası ilə qarşılaşıb.

Oyunda Əlcəzair yığması böyük hesablı qələbə qazanıb (47:24).

Qrupun digər oyununda Azərbaycan və Səudiyyə Ərəbistanı komandaları qarşılaşacaq.

Sərdar Məmmədov /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR