"Kapital Bank" uşaqlar üçün layihə həyata keçirir

"Kapital Bank" uşaqlar üçün layihə həyata keçirir
10:37 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ "Kapital Bank" ASC 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Nağıllara səyahət” adlı sosial layihə həyata keçirir. 
Bankdan "Report"a verilən məlumata görə, layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunacaq.
Belə ki, mayın 13-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Kəlilə və Dimnə” tamaşası, mayın 14-də Gəncə Dövlət Dram Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş ediləcək. Hər iki tamaşa saat 12:00, 14:00 və 16:00-da başlayacaq. Tədbir zamanı həmçinin maraqlı müsabiqələr təşkil olunacaq və məktəblilərə "Kapital Bank" adından hədiyyələr təqdim ediləcək.
Bundna başqa, layihə çərçivəsində növbəti həftənin istirahət günlərində, uşaqlar üçün daha 2 şəhərdə müxtəlif teatr tamaşaları nümayiş olunacaq.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kapital-bank-usaqlar-ucun-layihe-heyata-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR