Burun qığırdağı ilə diz ağrıları müalicə edildi

İsveçrəli həkimlər qığırdaq hüceyrələri ilə diz ağrılarını sağaldıb.

Metbuat.az xəbər verir ki, İsveçrəli həkimlər xəstələrin burunlarından toplanan qığırdaq hüceyrələrini 10 ortayaşlı insanın dizlərinin müalicəsində istifadə ediblər.

Müvəffəqiyyətlə nəticələnən qığırdaq nəqilləri ilə araşdırmaçılar uğura nail olub.

Toxuma mühəndisliyi mütəxəssisi, professor İvan Martin əməliyyatdan öncəki həftələrdə vacib olan müddəti açıqlayıb:

“Xəstənin burun dəliyindən 6 millimetrlik yumruq biyopsiyası (toxumadan parça) alınır. Biyopsiya kiçik parçalara bölünür. Hüceyrələr kiçik parçalardan alınır və təxminən iki həftə saxlanılır”.

Proses zamanı zədələnmiş qığırdaq kəsilir və yenisi hazırlanır. Cərrahlar yeni qığırdağı köhnəsinin yanına yerləşdirir. Dəyişdirilən qığırdaq işarələnib oynaq içinə qoyulmadan öncə düzəldilir. Araşdırmaçıların məqsədi isə təbiisi qədər yaxşı bir toxuma hazırlamaqdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR