Bakıda vəzifəli şəxs iş otağında öldü

Bakıda vəzifəli şəxs iş otağında öldü
10:42 10 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda xarici ölkə vətəndaşı iş yerində ölüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Neftçilər prospekti 67 ünvanında yerləşən "Permasteelisa Qrup" şirkətində müqavilə əsasında sahə rəisi işləyən və Neftçilər prospekti ev 131, mənzil 36-da kirayə yaşayan 1966-cı il təvəllüdlü, Xorvatiya vətəndaşı Barisic Bosilko Hrvatsko iş otağında ölüb. İlkin müayinə zamanı onun ürək çatışmazlığından vəfat etdiyi müəyyənləşib.

Qeyd edək ki, xorvatiyalı mühəndis Bakıda "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin tikintisində çalışırmış.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR