Parlamentin iclası zamanı uşağını əmizdirdi – FOTOLAR

Parlamentin iclası zamanı uşağını əmizdirdi – FOTOLAR
10:48 10 May 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliya Parlamentinin senatoru Larissa Vatersin iclas zamanı uşağını əmizdirməsi ölkədə qalmaqal yaradıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın Yaşıllar Partiyasının üzvü olan senator parlamentin iclasına iki aylıq qız körpəsi Alia Joy ilə qatılıb.

İclas zamanı o, körpəsini əmizdirməklə gündəmə gəlib. Bu hadisə Avstraliyanın parlament tarixinə ilk olaraq düşüb.

Qadın senatorun bu hərəkəti bir sıra həmkarları tərəfindən müsbət qarşılanmayıb.

Larissa Vaters isə açıqlamasında bildirib ki, Avstraliya parlamentinə daha çox qadına və anaya ehtiyac var.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR