Putin strategiyanı təsdiqlədi: 2030-cu ilə qədər...

Putin strategiyanı təsdiqlədi: 2030-cu ilə qədər...
10:53 10 May 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin "Rusiyada informasiya cəmiyyətinin inkişaf strategiyası"nı təsdiq edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısının fərmanı rəsmi internet portalında dərc edilib.

Strategiya 2017-2030-cu illəri əhatə edir. Sənədə əsasən, federal hakimiyyət orqanlarının elektron münasibətlərində Rusiyanın şifrələnmə vasitələrindən istifadəni təmin etmək, idxal avadanlığı, proqram təminatı və elektron komponentləri bazasını Rusiya analoqları ilə əvəz etmək, həmçinin Rusiyanın informasiya infrastrukturunun kompleks müdafiəsini təmin etmək lazımdır.

Hökumət 1 oktyabr tarixinə kimi strategiyanın reallaşdırılması planını təsdiq etməlidir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR