Biləsuvarın Əliabad kəndinin yolu yenidən qurulub (VİDEO/FOTO)

Biləsuvarın Əliabad kəndinin yolu yenidən qurulub (VİDEO/FOTO)
10:55 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən ölkə boyu aparılan kompleks tədbirlər çərçivəsində Biləsuvar rayonunun Əliabad kəndinin giriş yolu əsaslı şəkildə təmir olunub.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

Yolun uzunluğu 2 km-dir və başlanğıcını Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 106 km-dən götürür. Əsaslı təmir-tikinti işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Təmir-tikinti işləri çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib, yol əsasının tikintisi işləri aparılıb. 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1 m enində çiyinlər qurulub.

Torpaq işlərindən sonra yolun asfaltlanması istiqamətində addımlar atılıb. Ümumilikdə isə yolun 12 min m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib, yol boyu mövcud suötürücü borular təmir edilib. Zəruri olan yerlərdə 14 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbarhimov Biləsuvar rayonu Əliabad kəndində anadan olub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2751936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR