Deniz Yılmaz "Bursaspor"u FİFA-ya şikayət edəcək

Deniz Yılmaz "Bursaspor"u FİFA-ya şikayət edəcək
10:57 10 May 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın Türkiyənin "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılmasının səbəbi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Adnan Örnek "futbolarena"ya açıqlamasında bildirib ki, 29 yaşlı hücumçu əmək haqqını ala bilmədiyi üçün klubu FİFA-ya şikayət etməklə təhdid etdiyinə görə heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, Deniz Yılmaz "Çaykur Rizespor"la Türkiyə Super Liqası matçına aparılmayıb. Səbəb kimi futbolçunun nizam-intizamı pozması göstərilmişdi

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR