Biləsuvar rayonunun Əliabad kəndinin yolu yenidən qurulub

Biləsuvar rayonunun Əliabad kəndinin yolu yenidən qurulub
10:57 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ “Azəravtoyol” ASC Biləsuvar rayonunun Əliabad kəndinin giriş yolunu əsaslı şəkildə təmir edib.
Bu barədə "Report"un quruma istinadən xəbər verir. 
Məlumata görə, yolun uzunluğu 2 km-dir və başlanğıcını Ələt – Astara - İranla dövlət sərhədi avtomobil yolunun 106 km-dən götürür.
Təmir-tikinti işləri çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib, yol əsasının tikintisi işləri aparılıb. 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1 m enində çiyinlər qurulub.
Torpaq işlərindən sonra yolun asfaltlanması istiqamətində addımlar atılıb. Ümumilikdə isə yolun12 min m2sahəsinə yeni asfalt-beton örtüyü döşənib, yol boyu mövcud suötürücü borular təmir edilib.
Daha sonra zəruri olan yerlərdə14 ədədyol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.









Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bilesuvar-rayonunun-eliabad-kendinin-yolu-yeniden-qurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR