Eksternat imtahanları keçiriləcək

Eksternat imtahanları keçiriləcək
10:59 10 May 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini başa vura  bilməyən şagirdlər üçün 11-13 may tarixlərində eksternat imtahanları keçiriləcək.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılıb. Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanlarında iştirak etmək üçün 412 ərizə qeydiyyata alınıb.

 

Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

İmtahanda məqbul qiymət almış şəxlərin siyahısı mayın 23-dək baku.edu.gov.az saytında yerləşdiriləcək.  Eksternat imtahanlarından uğur qazanan şəxslərin tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi(əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir. Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin  saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR