Dəniz Yılmaz "Bursaspor"u FIFA-ya şikayət etməklə hədələdi

Dəniz Yılmaz "Bursaspor"u FIFA-ya şikayət etməklə hədələdi
11:07 10 May 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın futbolçusu Dəniz Yılmazın Türkiyənin "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılmasının səbəbi müəyyənləşib. Bu barədə komandanın yeni baş məşqçisi Adnan Örnek  futbolarena.com saytına açıqlama verib.


A.Örnek bildirib ki, 29 yaşlı hücumçu əmək haqqını ala bilmədiyi üçün klubu FIFA-ya şikayət etməklə təhdid edib. Nəticədə o, heyətdən kənar qalıb.


Qeyd edək ki, Dəniz Yılmaz Adnan Örnekin müraciəti əsasında heyətdən uzaqlaşdırılıb. O, "Çaykur Rizespor"la Türkiyə Super Liqası matçına aparılmayıb. Səbəb kimi təcrübəli forvardın nizam-intizamı pozması göstərilib. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dniz-ylmaz-quotbursasporquotu-fifa-ya-ikayt-etmkl-hdldi-t57968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR