Minsk qrupunun həmsədri: "Qarabağ münaqişəsinin həlli üçün yüksək səviyyədə ciddi danışıqların vaxtı çatıb"

Minsk qrupunun həmsədri: "Qarabağ münaqişəsinin həlli üçün yüksək səviyyədə ciddi danışıqların vaxtı çatıb"
11:07 10 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ "Ermənistan və Azərbaycan təmas xəttində hərbi əməliyyatların başlamasının mümkünlüyü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün vasitəçiləri narahat edir.
"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland "Amerikanın səsi"nə müsahibəsində deyib.
R.Hoqland münaqişə tərəfləri arasında indiyə qədər insidentlərun yaşandığını təəssüflə qeyd edib.
Eyni zamanda, amerikalı həmsədr Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 28-də Moskvada keçirilən görüşündə münaqişənin sülh yolu ilə həll edilməsinin zəruriliyinin qeyd olunduğunun xatırladıb və buna ümid etməli olduqlarını bildirib. ABŞ-dan olan həmsədr problemi birdəfəlik həll etmək üçün ən yüksək səviyyədə ciddi danışıqların vaxtının çatdığını vurğulayıb.
ABŞ və Rusiya arasındakı ziddiyyətlərin münaqişənin həll edilməsinə mane olub-olmayacağı ilə bağlı suala cavabında R.Hoqland iki ölkənin bu istiqamətdə işləyəcəyinə əmin olduğunu bildirib: "ABŞ və Rusiya arasındakı əlaqələr bu prosesə mənfi təsir göstərməyəcək".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/minsk-qrupunun-hemsedri-qarabag-munaqisesinin-helli-ucun-yuksek-seviyyede-ciddi-danisiqlarin-vaxti

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR