Gəncədə yerləşən təsərrüfat hesablı poliklinika 213 min manata özəlləşdirilib

Gəncədə yerləşən təsərrüfat hesablı poliklinika 213 min manata özəlləşdirilib
11:07 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.
“Report” Komitəyə istinadən xəbər verir ki, hərrcda paytaxtda və regionlarda yerləşən bir neçə kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri özəlləşdirilib.
Ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində 4 saylı təsərrüfat hesablı poliklinika olub. Bu əmlak 212,5 min manata özəlləşdirilib. Onun ümumi faydalı sahəsi 577.8 kv.m-dir. Özəlləşdirilən digər qeyri-yaşayış sahələri isə paytaxtın Sabunçu rayonunda, habelə Gəncə və Şəmkir şəhərində yerləşir.
Hərracda həmçinin müxtəlif dövlət qurumlarının balansında olan, lakin xidməti istifadədən çıxarılmış 3 nəqliyyat vasitəsi özəlləşdirilib.
Növbəti hərrac mayın 16-da keçiriləcək. Bu hərraca 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti, 74-ü istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla ümumilikdə 212 əmlak çıxarılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/gencede-yerlesen-teserrufat-hesabli-poliklinika-213-min-manata-ozellesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR