Erməni hərbçilər qəzaya düşdülər: yaralılar var

Erməni hərbçilər qəzaya düşdülər:  yaralılar var
11:12 10 May 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Ermənistanın Sünik vilayətində avtomobil qəzası baş verib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, saat 12:30 radələrində İrəvan- Mehri magistralının 228-ci kilometrliyində Gorus şəhər sakini 35 yaşlı Nver Martirosyanın idarə etdiyi "VAZ 21013" markalı avtomobil Sünik vilayətinin Nerkin Xndzoresk kənd sakini 27 yaşlı Harutyun Sakuntsinin idarə etdiyi "Opel Vectra" ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan N.Martirosyan və sərnişinlər - Gorus sakinləri 4 yaşlı Armine Martirosyan, 9 yaşlı Alvard Martirosyan, Xndzoresk kənd sakini 23 yaşlı Roza Siravyan, Gorus şəhər sakini 78 yaşlı Fridrix Martirosyan, Nerkin Xndzoresk kənd sakini 45 yaşlı Laura Dinqizyan, Gorus şəhər sakini 33 yaşlı Sofi İsaxanyan və 46 yaşlı Edik Qriqoryan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gorus tibb mərkəzinə yerləşdirilib.

Məlumata görə, sürücülər və xəstəxanaya yerləşdirilən E. Qriqoryan hərbi qulluqçudur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR