Ermənistanda hərbçilər qəzaya düşdü - FOTOLAR

Ermənistanda hərbçilər qəzaya düşdü - FOTOLAR
11:13 10 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Sünik vilayətində ötən gün ağır yol-nəqliyyat qəzası baş verib.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, İrəvan-Mehri yolunda hərəkət edən 35 yaşlı Nver Martirosyanın idarə etdiyi "VAZ 21013" markalı avtomobillə 27 yaşlı Harutyun Sakuntsinin idarə etdiyi "Opel Vectra" ilə toqquşub.

Qəza nəticəsində görə, Nver Martirosyan, həmçinin hər iki avtomobilin sərnişinləri - 4 yaşlı Armin Martirosyan, 9 yaşlı Alvard Martirosyan, 23 yaşlı Roza Siravyan, 78 yaşlı Fridrix Martirosyan, 45 yaşlı Laura Dinqizyan, 33 yaşlı Sofi İsaxanyan və 46 yaşlı Edik Qriqoryan yaralanıb. Onlar Gorus şəhər xəstəxanasına çatdırılıblar.

Mənbəyə əsasən, hər iki sürücü və Edik Qriqoyran hərbi qulluqçulardır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR