Bakı yollarında hazırda vəziyyət necədir...

“Dünən xəsarət və ölümlə nəticələnən yol qəzası baş verməyib. Yalnız 2 maddi zərərlə nəticələn yol-nəqliyyat hadisəsi qeydə alınıb”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, bütün istiqamətlər üzrə hazırda hərəkət normaldır:

“Səhər saatlarında əhəmiyyətli tədbirin keçirilməsi ilə bağlı Parlament prospekti istiqamətində avtomobillərin hərəkət istiqaməti dəyişdi. Hazırda isə həmin istiqamətdə hərəkət tənzimlənib, nəqliyyat vasitələrinin hərəkəti normaldır”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR