Səfirlik: Moskvada azərbaycanlı və erməni gəncləri arasında gərginlik yaratmaq məqsədi ilə təxribat törədilib

Səfirlik: Moskvada azərbaycanlı və erməni gəncləri arasında gərginlik yaratmaq məqsədi ilə təxribat törədilib
11:29 10 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 9-da Moskva şəhərində «Бессмертный полк» hərəkatının yürüşü zamanı bir qrup azərbaycanlı və erməni gəncləri arasında insident baş verib. Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, burada iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilib.

Hadisə ilə əlaqədar və gələcəkdə bir daha belə halların təkrarlanmaması üçün şəxsən Səfir Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb.

Eyni zamanda vurğulamaq istəyirik ki, Səfirlik toqquşma zamanı zərər görmüş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini nəzarət altında saxlayır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2751954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR