Tutumu 27000 milliamper/saat təşkil edən ilk portativ akkumulyator təqdim edilib

Tutumu 27000 milliamper/saat təşkil edən ilk portativ akkumulyator təqdim edilib
11:35 10 May 2017
Ölkə mətbuatı
A- A+

İki il əvvəl “Lifepowr” şirkəti rozetka ilə təchiz edilmiş güclü “Lifepowr A2”  yığcam akkumulyatorunu təqdim edib. İki ildən sonra istehsalçılar komandası “A3” modeli ilə bazara geri qayıdıblar. Akkumulyatorun tutumu əvvəlki kimi 27 min milliamper/saat təşkil edir, amma indi model iki ədəd “USB Type-C” portu və “Quick Charge 3.0” sürətli enerji doldurma texnologiyasını dəstəkləyən iki ədəd “USB-A” portu ilə təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 100 Vatt gücündə olan “Lifepowr A3” akkumulyatorunun bütün konnektor və çıxışları eyni zamanda istifadə oluna bilər. Qurğunun 50%-dək enerji ilə doldurulmasına 30 dəqiqə, 100% doldurulmasına isə 3 saatdan az vaxt  sərf edilir. Modelin ölçüləri 152,4x152,4x25,4 mm, çəkisi 800 qr-dır.

“Lifepowr A3” akkumulyatorunun köməyilə bir çox cihazları (mobil qurğu, məişət texnikası və sairə) enerji ilə doldurmaq olar.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47685-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR