Sülh səfiri "Ermənistan-Azərbaycan Sülh Platforması"nın beynəlxalq konfransda təqdimatını keçirib

Sülh səfiri "Ermənistan-Azərbaycan Sülh Platforması"nın beynəlxalq konfransda təqdimatını keçirib
11:37 10 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Misirin İsgəndəriyyə şəhərində "Gənclərin iştirakı və Vətəndaş töhfəsi" mövzusuna həsr olunmuş regional forum keçirilib.
Bu barədə “Report”a "Ermənistan-Azərbaycan Sülh Platforması"nın mətbuat xidmətindən bildirilib.
Forum İsgəndəriyyə İsveç İnstitutu və Danimarka Misir Dialoq İnstitutu tərəfindən təşkil edilib. 
Avropa Birliyi-Yaxın Şərq və Şimali Afrika (YŞŞA) regionlarından gənclərin dəvət olunduğu konfransın məqsədi plüralist cəmiyyətlərdə siyasi iştirakın genişləndirilməsinin formalarının müzakirəsinə Avropa və YŞŞA ölkələrindən gəncləri və siyasi fəalları cəlb edib regionda ümumi dəyərlərə sahib olan gənclər şəbəkəsinin yaradılmasıdır.
Foruma siyasi partiya, siyasi iştirak o cümlədən ekstremizm, sahəsində tədqiqat aparan müxtəlif siyasi partiyaların, tələbə və alimlərin fəal üzvləri qatılıb. İştirakçıların arasında Mərakeş, Misir, Livan və Tunis parlamentlərinin üzvləri, siyasətçilər, o cümlədən Misir Prezidentinin mətbuat xidmətinin rəhbəri Raşa Allam iştirak edib.
Həmçinin, forum çərçivəsində "Ermənistan Azərbaycan Sülh Platforması"nın təqdimatı keçirilib.
Təqdimat Sülh Platformasının Polşadan olan Sülh səfiri Vitold Oleynik tərəfindən həyata keçirilib.
Vitold Oleynik Sülh Platforması əsas prinsiplərini qeyd etdi və Cənubi Qafqazda çox həssas bir vəziyyətinin mövcud olduğu haqqında AB və YŞŞA ölkələrini təmsil edən iştirakçılarına bildirib.
İştirakçılar, bölgədə olan dinamika, Dağlıq Qarabağ münaqişənin Yaxın Şərq və Avropaya yayılması təhlükəsinin mövcudluğunu və bunun region üçün təhlükəli nəticələrinin verə biləcəyi haqda müzakirə aparıblar. Eləcə də, forumun iştirakçıları bu münaqişənin sülh yolu ilə həllini vacib olduğunu vurğulayıblar.
Bütün iştirakçılar bu mövzuya maraq göstərib və münaqişənin yaxın zamanda beynəlxalq hüquq və danışıqlar çərçivəsində həllini tapmasına ümid ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/sulh-sefiri-ermenistan-azerbaycan-sulh-platformasi-nin-beynelxalq-konfransda-teqdimatini-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR