BANM-də semestr imtahanlarını britaniyalı müəllimlər keçirir

BANM-də semestr imtahanlarını britaniyalı müəllimlər keçirir
11:42 10 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) yay imtahan sessiyası davam edir.
Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələr üçün Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alaraq eyni saatda keçirilir.
Bu elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.
Heriot-Vatt Universitetindən Bakı Ali Neft Məktəbinə ezam edilən 4 nəfərdən ibarət müəllim heyəti - Mühəndislik və təbiət elmləri fakültəsinin Tədris və təlim üzrə meneceri Patrisiya Dankan, Mühəndislik və təbiət elmləri fakültəsinin İnzibati işlər, tədris və təlim üzrə köməkçisi İren Foks, Neft-qaz mühəndisliyi kafedrasının baş direktoru, professor Con Ford, Mexanika, Mühəndislik və təbiət elmləri fakültəsinin Mexanika, proses və enerji mühəndisliyi kafedrasının professoru Qrem Vayt orada tərtib olunan imtahan sualları əsasında imtahanları təşkil edir, onların gedişinə nəzarət edirlər.
Tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. 
Ali Məktəbdən bildirilib ki, imtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.
Qeyd edək ki, imtahanlar mayın 16-dək davam edəcək. 




Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/banm-de-semestr-imtahanlarini-britaniyali-muellimler-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR