Məşqçi Əmrə Mora hücum etdi

Məşqçi Əmrə Mora hücum etdi
11:42 10 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Borussiya"nın gənc futbolçusu Əmrə Mor növbəti dəfə məşqçi ilə skandal yaşayıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Dortmund təmsilçisinin fiziki hazırlıq üzrə məşqçisi Şleyfer Şrey məşq zamanı 19 yaşlı futbolçunun üzərinə hücum edib. Belə ki, məşqçi futbolçunu aşağılamaq məqsədi ilə uzunmüddət sürünmə hərəkəti etməyə məcbur edib. Mor bu duruma etiraz edincə, Şrey futbolçuya uca səslə etiraz edib və əl-qol hərəkətləri ilə onun üzərinə yeriyib. 

Hadisədən sonra futbolçu baş məşqçi Tomas Tüxellə görüşüb və etirazını bildirib. Klub rəhbərliyinin və Tuxelin yaşananlardan üzüldüyü bildirilib. Mövsümün sonunda klubla müqaviləsi yekunlaşan Şreylə yollar ayrılacaq.

Xatırladaq ki, aprelin əvvəlində də belə bir hal yaşanmışdı. Şreyin Moru həddindən artıq yüklədiyinə görə, futbolçu yüksək səslə etiraz etmişdi. Baş məşqçi Tüxel həmin vaxt Mora "Yum ağzını" deyə qışqırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR