YAP UNEC Ərazi İlk Partiya Təşkilatı: 94+94

YAP UNEC Ərazi İlk Partiya Təşkilatı: 94+94
11:43 10 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə UNEC-in 94 nəfər əməkdaş və tələbəsi Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına daxil olub.

Bu barədə Trend-ə UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

UNEC-in YAP sıralarına yeni qəbil olunan əməkdaş və tələbələrinin üzvlük vəsiqələri Ulu öndərin anadan olmasının 94 illiyi ilə bağlı keçirilən tədbirdə təqdim edilib. Daha 94 nəfər əməkdaş və tələbə isə Ulu öndərin ideyalarına və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək olmaq məqsədilə partiya üzvlüyünə daxil olmaq üçün müraciət edib.

Qeyd edək ki, YAP UNEC Ərazi İlk Partiya Təşkilatı 1993-cü ilin yanvar ayında yaranıb. Təşkilat respublikada kəmiyyət və keyfiyyət göstəricilərinə görə, eləcə də səmərəli fəaliyyəti ilə seçilən ilk ərazi təşkilatlarından biridir.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2751968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR